"Supermarketlər şəbəkələri də məhsul festivallarında iştirak edəcəklər, fermerlərlə birbaşa əlaqədə olacaqlar, satış həyata keçiriləcək".
Oxu.Az xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə start götürən məhsul festivallarına həsr olunmuş mətbuat konfransında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov deyib.
O bildirib ki, bu, fermerlər üçün böyük fürsətdir.
"Bölgələrin sahibkarları festivallara dəstək olurlar. Bu, dövlət-özəl tərəfdaşlığıdır. Sözügedən situasiya sərgilərin həm həcmini, həm də sahəsini böyüdür", - deyə o qeyd edib.
Məhərrəm Əliyev