Türkiyənin Diyarbəkir vilayətində baş verən partlayışdan sonra bu ölkədə dollar bahalaşmağa başlayıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər dollar 3,0231/3,0265 səviyyəsindən başlayaraq yüksəlməyə başlayıb.
Qeyd edək ki, dünən qlobal bazarlarda müşahidə edilən müsbət tendensiyalar ilə dolar 3,02 TL-dən aşağı düşmüşdü.
Xatırladaq ki, bu gün Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb.
Ülviyyə R. Əli
www.oxu.az