Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dohada Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib
60-dan çox biznes subyektinin qatıldığı Azərbaycan-Qətər Dəyirmi Masasında biznes sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Oxu.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Qətərin paytaxtı Doha şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı, "Marsol Group" və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi, Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə Dəyirmi Masa təşkil olunub.
Tədbirdə Azərbaycan və Qətərin sənaye, turizm, xidmət, İKT və s. sektorlarında fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.
Dəyirmi masada çıxış edən Qətər Ticarət və Sənaye Palatasının sədr müavini Rəşid bin Hamad Əl-Əthba, Azərbaycan Respublikasının Qətər dövlətində fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, sahibkarlıq sahəsində əməkdaşlıq, işgüzar əlaqələrin genişləndirilməsi imkanları, iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin reallaşdırılması perspektivləri barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində Azərbaycan və Qətər iş adamları arasında B2B görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Azərbaycanda KOB layihələrinin maliyyələşdirilməsi üçün müsabiqənin nəticələri AÇIQLANDI
- KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb
- Şamaxıda özəl investisiyalarla bağlı forum keçirildi
- Sayca 9-cu "KOB Fest" sərgi-satış yarmarkası Göyçayda keçirilir
- KOB-lar Türkiyədə keçirilmiş sərgilərdə iştirak ediblər