Dekabr ayının 8-nə ölkədə dollar satışını həyata keçirməyən bankların sayı 28-ə çatıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu gün səhər daha 1 bank - “Xalq Bank” dollar satışını bərpa edib. Bu bankın filiallarından kiçik limitlə valyuta almaq mümkündür.
Bu gün “Bank Silk Vey” də valyuta satışını dayandırıb. Bankın ancaq hava limanındakı filialından uçuş biletini təqdim etməklə valyuta almaq mümkündür.
“Amrahbank” isə ümumiyyətlə, valyuta mübadiləsini dayandırıb.
U.A.
www.oxu.az
|
|