Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyunun 6-a olan məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, dolların manata nəzərən məzənnəsi sabit qalıb və 1,7021 manat təşkil edib.
Avronun məzənnəsi isə yüksəlib. Avrozonanın vahid valyutası 1,9180 manat təşkil edib. Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0302 manat olub.
Bu gün əsas ticarət tərəfdaşlarımızın valyutasından manata qarşı zəifləyən türk lirəsi olub. Türlk lirəsi 0,4834 manata düşüb.

L.Ə.