Azərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 27-ə olan məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 24-ü ilə müqayisədə dəyişməyərək 1,7475 manat təşkil edib.
Avro da manata nisbətən azalıb. Avrozonanın vahid valyutası 1,8490 manatdan 1,8466 manatadək ucuzlaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0303 manatdan 0,0301 manatadək azalıb.
Türkiyə lirəsinin məzənnəsi 0,4888 manatdan 0,4860 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1933 manatdan 2,1720 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi 0,6755 manatdan 0,6780 manatadək bahalaşıb.
U.A.
www.oxu.az