Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,9111 səviyyəsində formalaşıb. Bu isə dolların manata nisbətdə 0,46% ucuzlaşması deməkdir.
Xatırladaq ki, bu günə dolların məzənnəsi 1,9200 AZN təşkil edir.
Qeyd edək ki, Fins.az-ın məlumatına görə, hərraca çıxarılan dolların məbləği dəyişilməyib. 35 milyon manat.
U.A.
www.oxu.az