Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 1-i ilə müqayisədə 0,12% bahalaşaraq 1,7339 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8360 manatdan 1,8516 manatadək artıb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə dəyişməyərək 0,0270 manatdan 0,0272 manatadək artıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,5038 manatdan 0,4957 manatadək azalıb. Məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1686 manatdan 2,1859 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə ötən günlə müqayisədə 0,6778 manatdan 0,6760 manatadək ucuzlaşıb.
U.A.
www.oxu.az