Bu gün xarici valyuta satan bankların sayı 31-ə çatıb.
Oxu.Az Fins.az-a istinadən dollar/avro alıb satmaq üçün ən sərfəli bankların siyahısını təqdim edir.
Dollar qiymətləri
Bu gün dolları ən yüksək qiymətlə alan “Bank Avrasiya” və “Günaybank”dır - 1,6950 manat. Dolları ən aşağı qiymətə alan bank isə “NaxçıvanBank”dır. Bu bankda dolların alış qiyməti 1,6300 manatdır.
ABŞ dollarının ən aşağı satış qiyməti “Amrahbank” və “Gunaybank”dadır - 1,6950 manat. Bu gün dolların ən baha məzənnəsi 1,7150 manatdır. Bu məbləğdə dolları “AGBank” satır.
Avro qiymətləri
Bu gün Avropa valyutasını ən baha alan “Bank Avrasiya”dır. Bu bankda 1 avro 1,8900 manata alınır.
Avronu ən ucuz alan “Ziraat Bank Azərbaycan”dır – 1,7800 manat. Avronu ən ucuz satış qiyməti “Amrahbank”dadır – 1,9030 manat.
Avronun ən baha satış qiyməti 1,9396 manatdır. Bu gün “Yapı Kredi Bank Azərbaycan” Avropa valyutasını həmin məzənnə ilə satır.
10:20
Oxu.Az mayın 31-ə Azərbaycan banklarında, eləcə də ölkənin milli poçt operatoru olan “Azərpoçt”da dollar və avronun alış-satış qiymətlərini təqdim edir:
Mənbə: azn.az
U.A.
www.oxu.az