Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin iyun ayı ərzində satdığı valyutanın həcmini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu ilin iyununda Fond tərəfindən 439 milyon dolları məbləğində vəsait satılıb.
İlin əvvəlindən fond valyuta hərraclarında 2 974,5 milyon dollar məbləğində xarici valyuta realizə edilib.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə valyuta hərracında banklara 1 687,7 milyon dollar məbləğində valyuta satılmışdı. Fond konkret olaraq 2017-ci ilin iyununda satışa 373,2 milyon dollar çıxarmışdı.
L.Ə.
www.oxu.az