Bu gün keçirilən valyuta hərracında satılan dolların həcmi məlum olub.
Oxu.Az Fins-ə istinadən xəbər verir ki, banklar Dövlət Neft Fondu və Mərkəzi Bank tərəfindən çıxarılan 35 milyon dolların cəmi 13 milyon dollarlıq hissəsini alıb. Başqa sözlə, təklif edilən valyutanın 62,8%-i və ya 22 milyon dolları satılmayıb.
Bankların hərracda satılan dolların məzənnəsinin yüksək olduğunu irəli sürdükləri bildirilir. Ona görə də, valyuta hərracındansa, banklararası ticarətdə dolları almağı üstün tuturlar. Belə ki, bu gün hərracda yalnız 3 sifariş olub. Sifarişlərdən biri 1.7021 AZN/USD, ikisi 1.7023 AZN/USD məzənnəsi ilə qəbul edilib. Banklararası ticarətdə isə hazırki məzənnə 1.70 manatdan aşağıdır.
L.Ə.