Azərbaycan Mərkəzi Bankı (AMB) 7 iyuna olan USD/AZN məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, dolların manata nəzərən məzənnəsi 1,7022 manat səviyyəsində müəyyən olunub. Bu da dolların manata nisbətdə möhkəmlənməsi deməkdir.
Avronun məzənnəsi isə zəifləyib. Avrozonanın vahid valyutası 1.9174 manat təşkil edib. Rus rublu da manata qarşı dəyər itirib. Rublun bu günə olan məzənnəsi 0.0301 manat təşkil edib. Əvəzində türk lirəsinin məzənnəsi güclənib. Lirə 0.4847 manat olub.

L.Ə.