Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 7-ə olan USD/AZN məzənnəsini açıqlayıb.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, USD/AZN məzənnəsi 1,7022 manat səviyyəsində müəyyən olunub. Bu da dolların manata nisbətdə möhkəmlənməsi deməkdir. Belə ki, bu gün rəsmi məzənnə 1.7021 manat səviyyəsindədir.
Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb.
Bu zaman USD/AZN məzənnəsi 1,9200 manat olub.
L.Ə.