Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
Bu barədə AMB-dan Oxu.Az-a bildirilib.
Hərrac 1 ABŞ dolları üçün 1,7039 məzənnəsi ilə başlayıb və 1,7089 məzənnəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Fins.az-ın məlumatına görə isə hərracda 35 milyon dollar həcmində valyuta kütləsi satışa çıxarılıb və vəsaitin hamısı satılıb.
12:30
Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 18-nə olan rəsmi məzənnəsini 1,7113 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, “Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi məhz bu səviyyədə olub.
Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz 2-ci seansının yekunları əsasında müəyyənləşdiriləcəyi ehtimal edilir. Bu isə məzənnənin 0,52% artması deməkdir.
Növbəti iş gününə (noyabrın 18-nə) rəsmi məzənnə 1,7113 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə bu gün (1,7024 AZN/USD) qeydə alınıb.
Qeyd edək ki, hərracda 35 mln. ABŞ dolları həcmində valyuta kütləsi satışa çıxarılıb və vəsaitin hamısı satılıb.
“Report”un analitik qrupu isə noyabrın 18-nə olan AMB-nin rəsmi məzənnəsinin 1,7120 AZN/USD səviyyəsini keçəcəyini istisna etmir.
U.A.
www.oxu.az