Əhalinin banklardakı əmanətlərinin həcmi 41,7 milyon manat azalıb.
Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, əhalinin əmanətləri 30 aprel 2017-ci il tarixində 6 milyard 847.5 milyon manat təşkil edib. Martın sonunda bu rəqəm 41,7 milyon manat azalaraq apreldə 6 milyard 889.2 milyon manat olub.
Qeyd edək ki, mart ayında dollar manat qarşısında rəsmi olaraq 1,3% dəyərdən düşüb (1.7244 səviyyəsindən 1.7025 səviyyəsinə geriləyib). Əmanətlərin 80%-nin ABŞ dollarında olduğunu nəzərə alsaq, manat ilə ifadədə əmanətlərin azalması dolların ucuzlaşmasından qaynaqlana bilər.
L.Ə.
www.oxu.az