Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bank sektoru ilə bağlı son vəziyyət məlum oldu
Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının 30 aprel 2017-ci il tarixinə cəmi aktivləri 30 mlrd. 779,2 mln. manat təşkil edib.
Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bunun 28 mlrd. 31,6 mln. manatı bankların cəmi öhdəlikləri, 2 mlrd. 747,6 mln. manatı isə sektorun balans kapitalının payına düşüb.
Mayın 1-nə əhalinin banklarda 6 mlrd. 847,5 mln. manat əmanəti olub.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 140, POS-terminalların sayı 2493-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 min 214 nəfər təşkil edib.
U.A.
www.oxu.az
Ən çox oxunanlar