Ötən il dekabrın 21-də manatın təkrar devalvasiyasından sonra əmanətlərin dollarlaşma səviyyəsi artıb.
Oxu.Az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi ümumilikdə 9 milyard 473,9 milyon manat təşkil edib. Əmanətin 85%-i və yaxud 8 milyard 53,7 milyon manatı dollar əmanətlərinin payına düşüb.
Xatırladaq ki, dekabrın 1-nə banklarda dollarla olan əmanətlərin həcmi 5 milyard 420,5 milyon manat olub. Təkrar devalvasiyadan sonra isə bu rəqəm son bir ayda 2 milyard 633,2 milyon manat və ya 48,6% artıb.
Qeyd edək ki, yanvarın 1-nə olan məlumata görə, əmanətlərin 1 milyard 420,2 milyon manatı və ya 15%-i milli valyutada yerləşdirilib.
Ülviyyə R. Əli
www.oxu.az