Ötən il “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən 98,5 milyon manat vəsait ayrılıb.
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, nazirliyin məlumatına görə, bundan əlavə Səhmdar Cəmiyyətin fəaliyyətindən əldə edilmiş 35,66 milyon manat təkrar istifadə vəsaiti də nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yönləndirilib.