Əmlak Məsələləri üzrə Dövlət Komitəsi martın 3-də hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Bu barədə Oxu.Az-a komitədən məlumat verilib.
Məlumata görə, hərraca 1118 manata çıxarılan 1998-ci il istehsalı olan “Nissan Maxima” elə həmin qiymətə də satılıb.
Qeyd edək ki, Bakının avtomobil bazarında 1998-ci il istehsalı olan “Nissan Maxima”nın qiyməti 3000-5500 dollar arasında dəyişir.
Bundan başqa, hərracda 2000-ci il istehsalı olan “Şkoda Oktavia” start qiymətinə, yəni 1317 manata satılıb (avtomobil bazarlarında satış qiyməti ona yaxın olan 1999-cu il istehsalının qiyməti 3800 dollardır).