2014-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 6,5 milyard manat vəsait daxil olub.
Oxu.Az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, büdcədən 6,1 milyard manat vəsait xərclənib.
Həmçinin, 402,6 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 2,2%-i qədər profisit yaranıb.
Büdcə xərclərinin 3,0 milyard manatı və ya 49,7% iqtisadiyyatın inkişafına, 680,4 milyon manatı (11,2%) sosial müdafiə və sosial təminata, 544,2 milyon manatı (9,0%) təhsilə və səhiyyəyə yönəldilib.
Gülnarə Zeynalova
www.oxu.az