Nəqliyyat kompleksinin əməkçiləri tərəfindən 2014-cü ilin yanvar-may ayları ərzində daşınmış yüklərin həcmi ötən illə müqayisədə 2,1 faiz artıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici mütləq ölçüdə artaraq 87,4 milyon tona çatıb.
“Daşınmış sərnişinlərin sayı isə 5,8 faiz artaraq 709,8 milyon nəfərə bərabər olub”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az