Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Dövlət idarələrində çalışanların sayı NİYƏ AZALIR?](https://images.oxu.az/2025/02/10/zjM0XdcVUWcGQFYz27tO41LcPtaRJPtcvGJ1DeS6:1200.webp)
Dövlət idarələrində çalışanların sayı NİYƏ AZALIR?
"Dövlət Statistika Komitəsinin məlumatına görə, əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 778 min nəfərdir. Bu il yanvarın 1-ə olan məlumata əsasən, onlardan 882.8 min nəfəri dövlət sektorunda, 895.7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib:
"Muzdla çalışan işçilərin sayında əsas məqam özəl sahədə əmək müqavilələrinin sayının artması olsa da, dövlət sektorunda azalmanın qeydə alınması da diqqətdən kənar qalmır. Belə ki, keçən ilin 1 yanvar tarixi ilə müqayisədə özəl sektorda çalışanların sayı 53 min nəfər artıb. Dövlət sektorundakı işçilərin sayında isə 16 min 300 nəfər azalma qeydə alınıb".
Deputat bildirib ki, dövlət sektortunda işləyənlərin sayının azalması bir sıra sahələrdə aparılan struktur islahatları nəticəsində işçi sayının mobilləşdirilməsi ilə bağlıdır:
"Eyni zamanda, hələ də əksər dövlət qurumlarında boş vakansiyalar qalmaqdadır. Bəzi hallarda vakansiyalar üzrə marağın aşağı olması, bir sıra hallarda işə qəbul şərtlərinə uyğun müraciətlərin olmaması müşahidə edilir.
Bütövlükdə isə, əmək müqaviləsi ilə çalışanların sayının əmək qabiliyyətli vətəndaşlarımız ilə müqayisədə az olması da əsas çağırışlardandır".
"Vüqar Bayramov" teqi üzrə xəbərlər
- Küçələrdə sıxlığın aradan qaldırılması yolları: İş qrafiki dəyişdiriləcək? - "Kaspi"nin ŞƏRHİ
- "Veteran pulu" nə zaman artırılacaq?
- Pensiya artımları necə hesablanacaq? - DETALLAR
- Bu il neçə vətəndaşımız ipoteka ilə ev ala biləcək?
- Vüqar Bayramov: "Yeni sosial paket müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək"