Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri, Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidinin təmir, bərpa və tikinti işlərinin həyata keçirilməsi ilə bağlı satınalma həyata keçirib.
Oxu.Az xəbər verir ki, satınalma bir mənbə metodu ilə reallaşdırılıb. Tenderin qalibi "Fortis Construction" MMC olub. Müqavilənin ümumi dəyəri 509 min 140 manat təşkil edir.
Layihə üzrə işlərin 30 sentyabr 2026-cı il tarixinədək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, İmam məscidinin yenidənqurma işləri ilə bağlı Prezident İlham Əliyev mayın 5-də sərəncam imzalamışdı.
Sərəncamla məsciddə təmir və bərpa işlərinin aparılması üçün Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.
Elmidar Əliyev