AzerGold QSC-nin 2035-ci ilə qədər ölkənin ÜDM-nə məcmu 24 milyard manat həcmində töhfə verməsi nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu barədə AzerGold QSC-nın İdarə heyətinin sədri Zakir İbrahimov məlumat verib.
O bildirib ki, şirkətin layihələrin icrasının ən fəal mərhələsində 12 mindən çox işçinin cəlb edilməsi gözlənilir:
“Həmçinin, məcmu gəlirlərin 18,5 milyard manata çatdırılması, faiz, vergi və amortizasiyası hesablamadan əvvəlki gəlirin 7 milyard 650 milyon manata yüksəldilməsi, dövlət büdcəsinə məcmu vergi ödənişinin 1,7 milyard manatı təşkil etməsi planlaşdırılır”.
Qeyd edilib ki, 2021-ci ildə şirkət dövlət büdcəsinə 33 milyon manatdan çox vəsait yönəldib.bunun da 29,7milyon manatı vergi, 3,3 milyon manatdan çoxunu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib. 2021-ci ilin büdcə ödənişlərində 20.2 milyon manat, yəni 158 faiz artım qeydə alınıb. Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə vergi və sosial köçürmələr şəklində 73,8 milyon manat həcmində vəsait ödənilib.

Nigar Məmmədova
FOTO: Tapdıq Abdullayev