Bu günə qədər Dünya Bankı tərəfindən Azərbaycana 51 layihə çərçivəsində 3,6 milyard dollar kredit ayrılıb.
Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Henri Kerali ilə görüşdə bildirib.
Nazirin sözlərinə görə, artıq 35 layihə başa çatıb, 16 layihənin icrası isə davam edir.
Görüşdə həmçinin, növbəti 5 il ərzində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, sənaye parklarında məsləhət xidmətlərinin göstərilməsi, turizmin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Ülviyyə R. Əli
www.oxu.az