Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,64% artaraq bir barelə görə 55,24 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 1,04% bahalaşaraq 52,24 dollara satılıb.
U.A.
www.oxu.az