Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,54 dollar ucuzlaşaraq 90,87 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 1,42 dollar azalaraq 96,97 dollar olub.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,24 dollar ucuzlaşaraq 97,19 dollar təşkil edib.