London çoxdan bütün planetin zənginlərinin övladları üçün ikinci evə çevrilib. Soyuqqanlı britaniyalıları təəccübləndirəcək heç nə qalmamışdı. Rus oliqarxlarının pul səpələyən övladları, ərəb şeyxlərinin neftdollarlarını xərclədiyi varislərini, hindli milyonerlərin ailə sərvətini tar-mar edən vəliəhdlərini çox görmüşdülər.
Amma Londonda yaşayan və Londonun elit ali məktəblərindən birində biznesin əsaslarını öyrənən 21 yaşlı Darya Rodionova, yerli sensasiyaya çevrilə bilib.
O, öz “Mercedes”ini milyon svarovski kristalı ilə bəzədib.
“Mercedes CLS 350” maşını heç də ucuz maşın deyil, Böyük Britaniyada onun qiyməti 25 min funtdur (40 min dollara yaxın).
“Mən istəyirdim ki, unikal bir əşyaya sahib olum, - Radionova bildirib, - Bunu edənlər Rusiyadan gəliblər və maşının üzərində gündə 12 saat, iki ay müddətində çalışıblar. Mən həqiqətən xoşbəxtəm və onu sürəndə alacağım həzzi indidən hiss edirəm. Harada oluramsa olum insanlar dayanıb maşınımı seyr edirlər. Mən daima həm sürücülərin, həm də piyadaların diqqət mərkəzindəyəm. Bəzən düşünürəm ki, qəzaya səbəb ola bilərəm. Maşınımı satmalı olsam, bütün pulu xeyriyyə işlərinə sərf edəcəm”.
Darya etiraf edib ki, bu bəzək üçün 20 min Britaniya funtu (təxminən 32 min dollar) xərcləyib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin