Dünya bazarlarında neftin qiyməti açıqlanıb.
Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,48% bahalaşaraq bir barelə görə 49,89 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 3,03% ucuzlaşaraq 47,05 dollara satılıb.