Bakının Nəsimi rayonunda Səhiyyə Nazirliyinə məxsus üçmərtəbəli Dəri-Zöhrəvi dispanserinin 2-ci mərtəbəsində yanğın olub.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə həkim otağında 1 ədəd elektrik tənzimləyicisi yanıb.
Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib və döşəmə 0,5 metr kvadrat sahədə qarsalanıb. Dispanser binası yanğından mühafizə olunub. Yanğın saat 20:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.