Baku TV-nin "Rəsmilər" verilişinin yeni buraxılışı yayımlanıb. Budəfəki buraxılışın qonağı Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro olub.
Səfir iqlim dəyişikliyi ilə mübarizəni daha da gücləndirmək üçün ölkələrimizin əməkdaşlığı davam etdirmək yolları, Braziliyanın meşələrin qorunması istiqamətində gördüyü tədbirlər barədə sualları cavablandırıb.
Proqramda həmçinin COP30-da əsas prioritetlərin nədən ibarət olması haqqında suala aydınlıq gətirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Dünya iqlim təhlükəsi ilə üz-üzə: COP30 qlobal səfərbərliyə çağırır