Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dünya ölkələri Bonnda toplaşdı: Azərbaycanın sessiyadakı önəmli rolu
Bonn görüşlərinin "Kiçik COP" adlandırılması heç də təsadüfi deyil.
Çünki COP-a gedən bütün yollar məhz burada alınan qərarlardan keçir.
Bu görüş COP tarixində elmi və texnoloji məsləhət, eləcə də qərarların tətbiqini icra edən köməkçi qurumların sayca 62-ci iclasıdır.
Tərkibində ölkələr, qruplar, icmalar, beynəlxalq təşkilatlar olmaqla Bonn görüşlərində 198 tərəf iştirak edir.
Əsas məqsəd isə COP tərəflərinin birgə fəaliyyəti ilə 2050-ci ilədək Yer kürəsində temperaturun artım sürətini 1.5 dərəcədə saxlanılmasına nail olmaqdır.
Bu məqsədə çatmaq üçün isə iqlim maliyyəsinin 1.3 trilyon dollara çatdırılması hədəflənir. Faktiki COP sədri olan Azərbaycan Bonndakı sessiyada önəmli rol oynayır və bunun üçün bütün komanda ilə fəaliyyətdədir. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Baku TV-yə müsahibəsində ilk gün reallaşan görüşlər və qarşıda duran hədəflərdən danışıb.
Daha ətraflı Baku TV-nin videomaterialında:

"COP29" teqi üzrə xəbərlər
- Deputat: "Zirvə görüşünün Xankəndidə baş tutması dərin siyasi və mənəvi anlam daşıyırdı"
- Bonn görüşlərində Azərbaycan imzası: Dalana dirənən müzakirələr necə həll olundu?
- Ərdoğan: "Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram"
- XİN rəsmisi: "ECO üzvlərinin ümumi planları ilə bağlı 25-ə yaxın sənəd mövcuddur"
- İlham Əliyev Ruanda prezidentini təbrik etdi