2014-cü ildə dünyada milyonçuların sayı 1 milyon nəfər artaraq, 14, 6 milyon nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RBC Wealth Management" və "Capmegini" şirkətlərinin birgə hazırladığı hesabatda deyilir.
Hesabatda vurğulanır ki, milyonçularının sayına görə, ABŞ 1-ci yeri tutub: 4 milyon 351 min.
Digər yerlərdə müvafiq olaraq, 2 milyon 452 min nəfərlə Yaponiya, üçüncü yerdə isə 1 milyon 141 min milyonçu ilə Almaniya qərarlaşıb.
Bundan əlavə, Rusiya, Braziliya, Meksika və Hollandiyada yaşayan milyonçuların sayı 2013-cü illə müqayisədə azalıb.
Ülviyyə R. Əli
www.oxu.az