Dünyanın ən populyar turizm şəhərlərinin adları açıqlanıb.
Oxu.Az xəbər verir ki, Britaniyanın “Euromonitor International” strateji bazar araşdırmaları şirkətinin analitikləri yeni bir hesabat hazırlayıb.
Qeyd edək ki, “Euromonitor”un ilk 25-nə düşən şəhərlər arasında Türkiyənin İstanbul və Antalya şəhərləri də yer alıb.
“Euromonitor”un məlumatlarına görə, 2014-ci ildə Antalyanı 11,5 milyon, İstanbulu isə 11,87 milyon nəfər ziyarət edib.
Dünyanın ən populyar turizm istiqaməti isə Honq Konq olub. 2014-cü ildə bu şəhər 27,7 milyon nəfər tərəfindən ziyarət edilib.
London isə Honq Konq-dan sonra turistlər tərəfindən ziyarət edilən 2-ci şəhər olub. Belə ki, 2014-cü ildə bu şəhəri nə az, nə çox düz 17,38 milyon nəfər turist ziyarət edib.
Qeyd edək ki, “Euromonitor”un təhqiqat dairəsinə Azərbaycan da daxildir. Təəssüf ki, Azərbaycanın şəhərlərindən heç biri 25-yə daxil edilməyib.
1. Honq Konq - 27,77 milyon nəfər

2. London- 17,38 milyon nəfər

3. Sinqapur- 17,09 milyon nəfər

4. Bankok, Tayland- 16,25 milyon nəfər

5. Paris, Fransa- 14,98 milyon nəfər

6. Macau, Las-Veqas- 14,97 milyon nəfər

7. Şenzhen, Çin- 13,1 milyon nəfər

8. Nyu-York- 12,23 milyon nəfər

9. İstanbul, Türkiyə- 11,87 milyon nəfər

10. Kuala-Lumpur, Malayziya- 11,63 milyon nəfər

11. Antalya-Türkiyə- 11,5 milyon nəfər

12. Dubay, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)- 11,39 milyon nəfər

13. Seul, Cənubi Koreya- 9,39 milyon nəfər

14. Roma, İtaliya- 8,78 milyon nəfər

15. Taipei, Tayvan- 8,6 milyon nəfər

16. Guangzhou, Çin- 8,2 milyon nəfər

17. Phuket, Tayland- 8,1 milyon nəfər

18. Miami- 7,26 milyon nəfər

19. Pattaya, Tayland- 6,43 milyon nəfər

20. Şanxay, Çin- 6,4 milyon nəfər

21. Praqa, Çexiya Respublikası- 6,35 milyon nəfər

22. Las-Veqas- 6,13 milyon nəfər

23. Məkkə, Səudiyyə Ərəbistanı- 6,12 milyon nəfər

24. Milan, İtaliya- 6,05 milyon nəfər

25. Tokio, Yaponiya- 5,99 milyon nəfər.

Ülviyyə R. Əli
www.oxu.az