“Berkshire Hathaway” şirkətinin yaradıcısı Uorren Baffet fond indekslərinin düşməsi səbəbindən 26-28 fevral tarixlərində 3,74 milyard dollar itirib.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, “Facebook”un yaradıcısı Mark Zukerberqin itkiləri 3,7 milyard dollar olub.
“Alphabet”in baş direktoru Larri Peydj 3,1 milyard dollar zərərlə üzləşib.
“Google”in yaradıcısı Sergey Brininin sərvəti 3 milyard dollar, “Zara” brendinin sahibi Amansio Orteqanın sərvəti 2,5 milyard dollar azalıb.
Ümumilikdə dünyanın 500 nəfər ən varlı insanı w, gündə 128 milyard dollar itiriblər. Ən böyük itki ilə ABŞ-dan olan iş adamları üzləşiblər – 55 milyard dollar. Çinli maqnatların zərəri 14 milyard dollar olub.
Qeyd edək ki, martın 1-də “Dow Jones” indeksi 420,2 bənd enərək 24608 səviyyəsində qərarlaşıb.
Xatırladaq ki, fevralın əvvəlində “Dow Jones” indeksi rekord şəkildə düşmüşdü. Həmin vaxt dünyanın ən varlı 500 iş adamı 114 milyard dollar kasıblamışdılar.
L.Ə.
www.oxu.az