Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakı ofisinin direktoru Nil Makkeyn (Neil McKain) iş yerini dəyişib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bundan sonra N.Makkeyn EBRD-nin Bişkek (Qırğızıstan) ofisinin direktoru kimi fəaliyyət göstərəcək.
Hazırda EBRD-nin Bakı ofisinin direktoru vəzifəsinə təyinat yoxdur.
Qeyd edək ki, N.Makkeyn Azərbaycanda 5 ilə yaxın çalışıb.