Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyul ayı ərzində bir sıra mehmanxanalara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.
Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, lisenziya alan obyekt aşağıdakılardır:
“Qoşa Çinar-F” istirahət mərkəzi, “Days” mehmanxanası, “Business Place Hotel” mehmanxanası, “Luxe Lankaran Hotel” mehmanxana, “İçəri Şəhər” mehmanxanası, “Şirxan” istirahət mərkəzi, “Star Qusar” istirahət mərkəzi, “Saf Təbiət” istirahət mərkəzi, “Şəki” mehmanxanası, “Atropat” mehmanxanası, “Meridian-F” mehmanxanası, “Altıağac Cənnət Bağı” istirahət mərkəzi və “Quba Cənnət Bağı” istirahət mərkəzi.
Gülnarə Zeynalova
www.oxu.az