2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 mln. 325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul ayı üçün buraxılışında öz əksini tapıb.
2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 620 mln. 4 min manat təşkil edib. Yəni, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 113 milyon manat və ya 22,3% artıb.
Bu ilin iyun ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 106 mln. 7 min manat təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 27,3 faiz artıb.
L.Ə.
www.oxu.az