Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Əhalinin banklarda nə qədər pulu var? - RƏSMİ
Cari ilin avqust ayının 1-nə əhalinin bank əmanətləri 8 mlrd. 49,5 mln. manat təşkil edib.
Mərkəzi Bankdan Oxu.Az-a bildirilib ki, əhalinin xarici valyutada əmanətləri 5 mlrd. 15,6 mln. manat, milli valyutada əmanətlərinin həcmi 3 mlrd. 33,9 mln. manat olub.
Xarici valyutada əmanətlər bütün əmanətlərin 62,3%-ni, milli valyutada əmanətlər isə 37,7%-ni təşkil edib.
Hesabat dövründə əhalinin milli valyutada əmanətlərinin həcmi 19,8% artıb. Əmanələrin dollarlaşma səviyyəsi isə azalıb. Belə ki, bu ilin əvvəlinə dollarlaşma 66,5% təşkil edib.
Ən çox oxunanlar