Bu il iyunun 1-nə fiziki şəxslərin ölkə banklarındakı əmanətləri 7 867,5 milyon manat təşkil edib.
Mərkəzi Bankdan Oxu.Az-a verilən məlumata görə, bu, bir əvvəlki ayla müqayisədə 13,9 milyon manat - 0,2% azdır.
İlin əvvəlinə nisbətən əhalinin banklardakı əmanətləri 306,3 milyon manat və yaxud 4,05% artıb.
Hesabat dövründə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 milyard 552,3 milyon manat təşkil edib.
Verilən kreditlərin məbləği mayın 1-i ilə müqayisədə 129,7 milyon manat və yaxud 1,1% çoxdur.
Ümumiyyətlə, bir il ərzində banklar kreditləşməni 2 milyard 842,5 milyon manat və ya 19,7% azaldıb.
L.Ə.
www.oxu.az