Əhalinin banklardakı əmanətlərinin həcmi azalıb.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, fevral ayının 1-nə fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 7 milyard 497.0 milyon manat olub.
Bu, ilin əvvəli ilə müqayisədə 64,2 milyon manat azdır.
Əmanətlərin 4 milyard 967.4 milyon manatı xarici valyutada, 2 milyard 529.6 milyon manatı milli valyutada olub.
Ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında manatda olan əmanətlərin həcmi 3,3 mln. manat , xarici valyutada olan əmanətlərin həcmi isə 60,9 mln. manat azalıb.
L.Ə
www.oxu.az