Əhalinin banklardakı əmanətləri sentyabrda 8,5 milyon manat azalaraq oktyabrın 1-nə milli valyuta ekvivalentində 7,3 milyard manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yanvar-oktyabr ayları üçün hazırladığı hesabatda deyilib.
Dövlət Statistika Komitəsindən həmçinin qeyd ediblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 5,1% və ya 352,1 milyon manat artıb.
Ülviyyə R. Əli
www.oxu.az