Aktrisa Xuraman Əlizadə nişanlanma xəbərinə aydınlıq gətirib.
Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, o, “Hər şey daxil” verilişində xəbərin yalan olduğunu bildirib:
“Bir yaxınım zarafatla deyib ki, “Xuramanın nişanlısıyam”. Bu da aləmə yayıldı. Əgər elə bir şey olsaydı, sevinə-sevinə deyərdim. İndi subayam”.
Əməliyyat olunan X.Əlizadə artıq çəkidən xilas olmağa çalışdığını deyib:
“Durduğum yerdə qəfildən ağrılar başladı. Gətirdilər xəstəxanaya, iynələr vuruldu. Amma ağrı kəsmədi, öd daşımdan əməliyyat olundum. Əməliyyatdan sonra 5 kiloqram arıqladım. Burada təbii yolla artıq çəkidən xilas olmağıma söz verdilər. 140 kiloqramam”.