2014-cü ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7% artaraq 21 mlrd. manata çatıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin gəlirlərinin hər nəfərə düşən həcmi orta hesabla 2 239,1 manat təşkil edib.
“Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,9% bəndi üstələyərək 3,4% olub.
Bu dövr ərzində gəlirlərin 70,3%-i son istehlaka, 9,1%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib”, - deyilir məlumatda.
Qeyd edilir ki, əhalinin sərəncamında qalan 19,1 mlrd. manatlıq gəlir əvvəlki ildəkinə nisbətən 5,2% artıb.
Gülnarə Zeynalova
www.oxu.az