Əhalinin rəqəmsal televiziyaya çıxışı 99 faiz təşkil edir.
Oxu.Az xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün keçirilən kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, 2015-ci ildə Milli Televiziya və Radio Şurası ilə birgə analoq efirin dayandırılması və onun kommersiya şirkətlərinə verilməsinin təmin edilməsi planlaşdırılır.
“Azərpoçt”un fəaliyyəti barədə danışan Əli Abbasov qeyd edib ki, dövlət müəssisəsinin gəlirləri artıb, bu da onun maliyyə-bank xidmətləri göstərməsi ilə əlaqədardır.
““Azərpoçt” kreditlər verməyə başlayıb. Düşünmürdüm ki, bu, uğurlu ola biləcək. Uğurlar davam etsə, tədricən əmanətlər də qəbul olunacaq,” deyə nazir vurğulayıb.