Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Elman Rüstəmov Prezidentin son islahatlarından danışdı
Prezident İlham Əliyev andiçmə mərasimində növbəti yeddi il üçün proqram xarakterli çıxış etdi. Bunun da əsasında ölkədə davamlı, dayanıqlı iqtisadiyyatın yaradılması, daha güclü iqtisadi siyasətin həyata keçirilməsi dayanırdı.
Oxu.Az-ın məlumatına görə, bunu Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezidentin son günlər start verdiyi islahatlara münasibət bildirərkən deyib.
E.Rüstəmov bildirib ki, ölkə başçısının bütün siyasətinin əsasında Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması dayanır:
“İslahatların miqyası göstərir ki, burada söhbət yeni kursdan gedir. Bu islahatlar indiyədək mövcud olan iqtisadi modelin tamamilə yenilənməsinə xidmət edəcək. İslahatların əsas istiqamətlərinə baxsaq, yaxın keçmişdə toxunulmaz hesab edilən vergi, gömrük, fiskal sferada olan radikal islahatlar və şəffaflaşmanın şahidi olduq.
Məhkəmə islahatlarına start verildi. Bütövlükdə struktur və kadr islahatları geniş vüsət alıb. Əməkhaqlarının artırılması əmək bazarının formalaşmasında mühüm rol oynayır. İslahatlar dalğası gəlir. Bu islahatların mərkəzində isə dövlət maliyyəsindən, dövlət sektorundan özəl sektora, bazara və xarici investisiyalara arxalanmaq dayanır”.
E.Rüstəmovun sözlərinə görə, dünya xarici investisiyalar bazarı 1,2 trilyon dollardır:
“Bu gün dünyada 15 trilyon vəsait 0 və mənfi faiz altındadır. Bu, o deməkdir ki, nə daxili, nə də xarici iqtisadiyyatda özlərinin gəlir gətirən mənbə tapa bilirlər. Prezidentin dediyi ondan ibarətdir ki, biz investisiyalar üçün mübarizə aparmalıyıq”.
Bank-maliyyə sektoruna gəldikdə, E.Rüstəmov deyib ki, əsas məqsəd maliyyə sektorunun bütün seqmentlərini inkişaf etdirməkdir:
“Biz bank sektorunda çox ciddi işlər görməliyik. Olduqca yaxşı xəbəri sizinlə bölüşüm. Beynəlxalq konsaltinq şirkətlərindən biri Beynəlxalq Bankın yeni biznes modelini yaradıb. Təbii ki, bunun reallaşdırılmasına başlanacaq”.
İlhamə Əbülfət
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
- Bu xəbərləri qaçırmayın: 23.11.2024-ün ən mühüm hadisələri
- Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- İlham Əliyev bir qrup sumqayıtlını təltif etdi - SƏRƏNCAM