Ölkədə növbəti devalvasiya üçün heç bir fundamental əsas yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, ölkənin öz ÜDM-i səviyyəsində valyuta ehtiyatları var.
“Bütövlükdə biz görürük ki, artıq manat öz dayanıqlı məzənnəsini axtarmaqdadır və ona çox yaxındadır”, - deyə, bildirən E. Rüstəmov “Fitch” beynəlxalq reytinq agentliyinin manatın növbəti dəfə devalvasiyaya uğrayacağı barədə proqnozlarına münasibətinin mənfi olduğunu vurğulayıb.
Nigar Orucova
www.oxu.az