Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Elman Rüstəmovdan lombardlarla bağlı MÜHÜM AÇIQLAMA
“Lombardlar haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə edilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu sferanın tənzimlənməsi, hüquqi çərçivəsi istiqamətində önəmli təkliflər Milli Məclisə təqdim olunacaq:
“Qanun layihəsinin qəbul olunması xaotiklik müşahidə olunan lombard sistemi üzərində effektiv iş aparmağa imkan verəcək.
Burada əsas məqsəd əhalinin maraqlarının qorunmasıdır. Qanunun qəbul edilməsindən sonra lombard kreditləri ilə bağlı hesabat olacaq”.
“Həmin hesabatda faiz dərəcələri, insanlarla münasibət, faizlərin əhaliyə nə dərəcədə şəffaf açıqlandığı bilinəcək”, - deyə baş bankir əlavə edib.
İlhamə Əbülfət
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirə keçirilib
- Din Xadimlərinin Forumunda panel müzakirə keçirilib
- Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT