Avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank”, “Kredobank” “Parabank”və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
Bu barədə Fonddan Oxu.Az-a bildirilib.
“Parabank” ASC-nin qorunan əmanətçilərinə 4 milyon 248 min 753 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 862 min 356 manat ödənilib.
Bundan başqa, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 47 min 294 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 763 min 466 manatdan artıq kompensasiya verilib.
Ümumilikdə 4 bank üzrə 9 milyon 921 min 869 manatdan artıq kompensasiya ödənilib.
Ülviyyə R. Əli
www.oxu.az