Bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Himayəçilər Şurasının (HŞ) iclası keçirilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Fondun icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, iclasda əmanətlərin sığortalanması faizinin indiki səviyyədə saxlanılmasına qərar verilib:
“Hazırda banklarda manat əmanətlərinin 97%-nin illik gəlirliliyi 15%-dən, dollar əmanətlərinin isə 67%-nin illik gəlirliliyi 3%-dən aşağıdır. Əmanət faizlərində ciddi artım yoxdur, odur ki, sığortalanma faizinin indiki səviyyədə (manatla 15%, dollarla 3%) saxlanılmasına qərar verilib”.
Bundan başqa, HŞ-nın iclasında bağlanmış banklara məxsus əmlakın satılması, hərraca çıxarılması və icarəyə verilməsi ilə bağlı qaydalar da təsdiqlənib.
U.A.
www.oxu.az